Gündəm / Hadisə / Cəmiyyət
19:40, 21 Ocak 2025
0

Mehriban Əliyeva Türkiyədəki faciə ilə bağlı başsağlığı verib

Mehriban Əliyeva  Türkiyədəki  faciə  ilə bağlı başsağlığı verib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı paylaşım edib.
Globalpress.az xəbər verir ki, paylaşımda qeyd olunub:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”


Digər xəbərlər: