Gündəm / Siyasət / Dünya
09:42, 09 Aralık 2024
0

ABŞ və Türkiyə birgə mübarizə aparacaq

ABŞ  və Türkiyə  birgə  mübarizə  aparacaq


ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq.
Globalpress.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə türkiyəli həmkarı Yaşar Gülər telefon danışığı zamanı müzakirə aparıblar.

Tərəflər Suriyadakı vəziyyətin daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini, həmçinin ABŞ və tərəfdaşları üçün riskin olduğunu qeyd ediblər.

Ostin Birləşmiş Ştatların Suriyadakı müxtəlif qrupların bəyanatlarını və hərəkətlərini diqqətlə izlədiyini vurğulayıb.

Bildirilir ki, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalı və beynəlxalq humanitar standartlara hörmətlə yanaşılmalıdır.

Ostin və Gülər ​​İŞİD-lə mübarizə üçün ABŞ-Türkiyə arasında sıx koordinasiya zəruri olduğunu bir daha təsdiqləyiblər.

Mənbə TRT Haber
Digər xəbərlər: