Gündəm / Hadisə / Dünya
Qəzzada ölənlərin sayı artıb

Son 24 saatda Qəzza zolağına edilən 2 hücumda 16 fələstinli ölüb, 64 fələstinli isə yaralanıb.
Globalpress.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 40 min 988-ə, yaralıların sayı isə 94 min 825-ə yüksəlib.