Gündəm / Siyasət / Cəmiyyət
11:50, 05 Eylül 2024
0

Ermənistan Əsasnaməni təsdiqləyib

Ermənistan  Əsasnaməni təsdiqləyib


Ermənistan hökuməti “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməni təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Konstitusiya Məhkəməsi reqlamentdə təsbit edilmiş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğun olduğunu tanımaq barədə qərar qəbul edərsə, hökumət qanunvericilik təşəbbüsünü parlamentə təqdim ediləcək.

Hökumətin Konstitusiya Məhkəməsindəki nümayəndəsi baş nazirin müavini Mqer Qriqoryan olacaq.
Digər xəbərlər: