Gündəm / Siyasət / Cəmiyyət
16:20, 02 Eylül 2024
0

Sentyabrın 22- dək seçkilərin nəticələrinə yekun vurulacaq

Sentyabrın  22- dək  seçkilərin nəticələrinə  yekun vurulacaq


Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək Milli Məclisə seçkilərin nəticələrini yoxlayaraq prosesə yekun vuracaq.
Globalpress.az- ın məlumatına görə səsvermə günündən ən geci 20 gün keçənədək həyata keçirilməlidir.

Seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədlər MSK-nın seçkilərin ümumi yekunları haqqında protokolu tərtib edildikdən sonra 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) təsdiq etməlidir.
Digər xəbərlər: