Gündəm / Siyasət / Cəmiyyət
14:44, 30 Ağustos 2024
0

Azərbaycan XİN Türkiyəni təbrik edib

Azərbaycan XİN  Türkiyəni  təbrik edib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib.
Globalpress.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 Avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik. 30 Avqust - Zəfər bayramın mübarək, Türkiyə!" - məlumatda qeyd olunub.
Digər xəbərlər: