Gündəm / İqtisadiyyat / Dünya
Rusiya qazı Avropaya Türkiyədən veriləcək

Rusiyanın Avropaya qaz nəqli üçün alternativ yolları var.
Globalpress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyədə qaz qovşağının yaradılması planı aktualdır və bununla bağlı iş gedir. Təbii ki, Ukrayna tərəfinin bu cür qərarları ilk növbədə ABŞ-dan gələn digər mallarla müqayisədə hələ də daha zəmanətli və sərfəli rus qazını almaq istəyən avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq. Onlar daha çox pul ödəməli olacaqlar və bununla da sənayelərini daha az rəqabətədavamlı edəcəklər", - Peskov bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi üçün Rusiya ilə razılaşmanın olmayacağını demişdi.
Daha çox xəbər:

Ukrayna rus qazını Avropaya ötürməkdə davam edir?

"Qazprom" Rusiya qazını Ukrayna ərazisindən keçməklə Avropaya tranzit üçün müntəzəm olaraq nəql etməyə davam edir.

“Rublla ödəmə rədd edilsə, qazı pulsuz verməyəcəyik” - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Avropa İttifaqı Azərbaycanla danışıqlar aparır