Gündəm / Cəmiyyət / Sosial
Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstləri qoyub

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev Meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenidən qurulan meydanda yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Həmin il Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak ediblər.
Daha çox xəbər:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İlham Əliyev Ulu Öndərin məzarını ziyarət etdi

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi