Gündəm / Siyasət / Cəmiyyət
17:05, 05 Ağustos 2024
0

XİN Livan və Fələstinə getməmək barədə xəbərdarlıq edib

XİN  Livan və  Fələstinə getməmək barədə xəbərdarlıq edib


Xarici İşlər Nazirliyi Livan və Fələstinə səfər etmək istəyənlərə xəbərdarlıq edib.
Globalpress.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb .


"Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.



Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur", məlumatda deyilir.



Bundan başqa, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunub:



"Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir".
Digər xəbərlər: