Gündəm / İqtisadiyyat / Dünya
13:55, 29 Temmuz 2024
0

Polşa Ukraynaya hərbi yardım ayırdı

Polşa  Ukraynaya  hərbi yardım ayırdı


Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.
Globalpress.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Radoslav Sikorski Visegrad Insight jurnalına müsahibəsində bildirib.

"Biz 50 milyon avro ayırdığımız Çexiyanın silah-sursat təşəbbüsünü yüksək qiymətləndiririk",- deyə o qeyd edib.

Qeyd edək ki, Çexiya Prezidenti Petr Pavel fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, vəsait mövcud olduğu təqdirdə respublika üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi almaq imkanı tapıb. Aprel ayında Çexiyanın baş naziri Petr Fiala Çexiya təşəbbüsü çərçivəsində Ukrayna üçün 500 min mərmi tapıldığını bildirmişdi. Bu sursatlardan 200 minə yaxınının alınması üçün müqavilələr bağlanıb. Onun sözlərinə görə, yaxın vaxtlarda qalan 300 min mərminin alınması ilə bağlı müqavilələr imzalanacaq. Hazırda təşəbbüsdə 18 ölkə iştirak edir. Çexiyanın müdafiə naziri Jana Çernochova bildirib ki, may ayının sonuna olan məlumata görə, təşəbbüs çərçivəsində maliyyə öhdəliklərini yalnız Danimarka, Kanada, Hollandiya və Portuqaliya yerinə yetirib.
Digər xəbərlər: