Gündəm / Siyasət / Dünya
Avropa Türkiyədən PUA alır

Avropa İttifaqının bir neçə Aİ ölkəsi Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qərb ölkələri indi bizim pilotsuz uçuş aparatlarımız üçün bir-birinin ardınca sifarişlər verirlər”, - dövlət başçısı vurğulayıb.
Ərdoğan konkret dövlətlərin adını çəkməsə də, qeyd edib ki, söhbət Avropa İttifaqı ölkələrindən gedir.
Bundan əvvəl Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Kiyev yaxınlığında pilotsuz uçuş aparatları istehsal edəcək zavodun tikintisinə başlanıldığını açıqlamışdı.
Daha çox xəbər:

“Bayraktar” və digər pilotsuz aparatlarımız təlim uçuşları keçirir - FOTO

Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib

Moskvaya növbəti PUA hücumu

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar

Putin “Bayraktar”ın istehsalında əməkdaşlıq etmək istəyib