Gündəm / İqtisadiyyat / Cəmiyyət
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur

Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.
Globalpress.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib.
"Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub".
Daha çox xəbər:

MEDİA və Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalandı

Fransız Polineziyasının nümayəndə heyəti MEDİA-da olub

Əhməd İsmayılov jurnalist vəsiqəsi ilə bağlı media nümayəndələrinə çağırış edib

ADA Universiteti və Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu