Gündəm / Siyasət / Dünya
00:04, 21 Temmuz 2024
0

İsrail İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir

İsrail  İrana  qarşı sanksiyaların  sərtləşdirilməsini  istəyir


İsrailin xarici işlər naziri İsrael Kats beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
Globalpress.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri iyulun 20-də İranın Yəməndəki terrorçu qoluna zərbə endirib: “Beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları mümkün qədər gücləndirməsinin vaxtı çatıb. İran İsrailə hücum etmək üçün istifadə etdiyi regional terror qruplaşmasından biri olan husiləri dəstəkləyir, öyrədir və maliyyələşdirir. Yəhudi dövləti buna dözməyəcək və ya geri çəkilməyəcək, öz vətəndaşları üçün təhlükə yaradan hər yerə zərbə endirəcək”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.
Digər xəbərlər: