Gündəm / Siyasət / Dünya
Aİ Macarıstanı Çin və Rusiyaya görə baykot etdi

Avropa Komissiyası (AK) bazar ertəsi, iyulun 15-də Macarıstanın baş naziri Viktor Orbanın Moskva və Pekinə mübahisəli səfərlərinə cavab olaraq, Macarıstanın altı aylıq Aİ Şurasına sədrliyi çərçivəsində qeyri-rəsmi görüşləri boykot etdiyini açıqlayıb.
AK Avropa komissarlarını Aİ nazirlərinin Macarıstandakı qeyri-rəsmi konfranslarına göndərməyəcək. Əvəzində Komissiya bu iclaslarda yüksək vəzifəli şəxslər tərəfindən təmsil olunacaq.
Globalpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib:
“Macarıstanın sədrliyinin başlanması ilə bağlı son hadisələr fonunda Prezident (Ursula fon der Leyen - Red.) Avropa Komissiyasının yalnız Şuranın qeyri-rəsmi iclaslarında yüksək vəzifəli dövlət qulluqçuları səviyyəsində təmsil olunmasına qərar verdi”.
O, həmçinin Avropa Komissiyasının Macarıstana ilk rəsmi səfərinin ləğv olunduğunu açıqlayıb.