Gündəm / Cəmiyyət / Sosial
Prezident İlham Əliyev İbrahim Məmmədovla bağlı Sərəncam imzalayıb

İbrahim Məmməd oğlu Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Globalpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, İ.Məmmədov media sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif olunub.
İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. O, N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. İbrahim Məmmədov "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
O, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəridir.
Ailəlidir, 2 övladı var.