Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev Trampa sui-qəsdlə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Globalpress.az paylaşımı təqdim edir:
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Daha çox xəbər:

İlham Əliyev Trampa sui-qəsdlə bağlı paylaşım etdi

Şalvarını qaldırıb corabını Trampa göstərdi - FOTOLAR

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım etdi

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Aİ-də Trampın Avropaya qoyduğu qadağa müzakirə ediləcək