Gündəm / Siyasət / Dünya
10:50, 12 Temmuz 2024
0

Ümid edirəm ki, tezliklə Bakı ilə İrəvan arasında sülh sazişi imzalanacaq

Ümid edirəm ki, tezliklə  Bakı  ilə  İrəvan  arasında  sülh  sazişi imzalanacaq


Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir.
Globalpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Ankara İrəvanla Bakı arasında saziş imzalamağa və sülhün bərqərar olmasına sadiqdir. Biz bu barışığı ən qısa zamanda görmək istəyirik. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımların olduğunu görürük”, – deyə Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan lideri “münaqişənin həlli üçün müsbət addımları” dəstəkləyir.
Digər xəbərlər: