Gündəm / Siyasət / Dünya
00:04, 12 Temmuz 2024
0

Bir çox NATO ölkələri Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Bir  çox NATO  ölkələri  Ukrayna  ilə təhlükəsizlik  sazişi imzalayıb


NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb.
Globalpress.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər.

Sənəddə vurğulanıb ki, NATO ölkələri Ukraynaya təsdiq edilmiş hərbi yardımın göstərilməsi prosesi haqqında ildə iki dəfə hesabat verəcəklər.

Qeyd edək ki, NATO-ya 32 üzv ölkə daxildir
Digər xəbərlər: