Gündəm / Siyasət / Dünya
11:30, 11 Temmuz 2024
0

Növbəti NATO sammitinə Türkiyə ev sahibliyi edəcək

Növbəti  NATO  sammitinə  Türkiyə  ev sahibliyi edəcək


İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyanatında Türkiyənin 2026-cı ildə NATO sammitinə ev sahibliyi edəcəyi bildirilir.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Sənəddə həmçinin NATO-nun növbəti iclasının Hollandiyada baş tutacağı qeyd olunub.

"Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarıq və 2025-ci ilin iyununda Hollandiyanın Haaqa şəhərində, daha sonra isə Türkiyədə keçiriləcək növbəti sammitimizi səbirsizliklə gözləyirik", - deyə məlumatda bildirilir.
Digər xəbərlər: