Gündəm / Siyasət / Dünya
16:50, 11 Temmuz 2024
0

NATO sammitində bəyannamədə Gürcüstanın Alyansa qoşulması göstərilmir

NATO  sammitində bəyannamədə  Gürcüstanın  Alyansa qoşulması  göstərilmir


Gürcüstanın NATO-ya qoşulma ehtimalı ilə bağlı bütün qeydlər Alyansın son sammitinin bəyannaməsindən çıxarılıb.
Globalpress.az xəbər verir ki, NATO-nun iyulun 10-da Vaşinqtonda keçirilən yubiley sammitindən sonra qəbul edilən bəyannamədə Gürcüstan konkret bir bölmədə yalnız bir dəfə xatırlanıb.

"Biz heç vaxt Rusiyanın Ukrayna ərazisini, o cümlədən Krımı sonuncu ilhaqını tanımayacağıq. Biz, həmçinin Rusiyanı bütün icazəsiz qüvvələrini Moldova Respublikasından və Gürcüstandan çıxarmağa çağırırıq”, - bəyannamədə yazılıb.

İlk dəfədir ki, NATO sammitinin ardınca verilən bəyannamədə Gürcüstanın Alyansa qoşulmaq istəməsi və namizəd olmağa hazırlaşması faktı qeyd olunmur.

Qeyd edək ki, ABŞ-nin paytaxtı Vaşinqtonda NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir.
Digər xəbərlər: