Gündəm / Siyasət / Cəmiyyət
16:55, 10 Temmuz 2024
0

MİLLİ Məclisin sədri Sahibə Qafarova Rusiyaya səfərə gedib

MİLLİ Məclisin sədri Sahibə Qafarova  Rusiyaya səfərə  gedib


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib
Globalpress.az xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidmətindən bildirilib.
“Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Pavel İtkin, Sankt-Peterburq hökumətinin hazırkı üzvü və Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Evgeniy Qriqoryev, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.
Digər xəbərlər: