Gündəm / Siyasət / Dünya
12:40, 09 Temmuz 2024
0

NATO sammitində dünyada artan terror təhlükəsinə diqqət çəkəcəyik

NATO  sammitində dünyada  artan terror  təhlükəsinə  diqqət çəkəcəyik


NATO Ukrayna münaqişəsində tərəfə çevrilməməlidir.
Globalpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, ABŞ-da NATO-nun sammitində iştirakı zamanı həm bu məsələni, həm də Qəzza, Ukrayna və antiterror məsələlərini gündəmə gətirmək niyyətində olduğunu bildirib.

“Biz bu sammitdən milli təhlükəsizlik maraqlarımıza hörmət edən və Alyans daxilində həmrəyliyi gücləndirən nəticələr gözləyirik. Vaşinqtonda təmaslar zamanı biz dünyada artan terror təhlükəsinə diqqət çəkəcəyik və buna uyğun olaraq NATO-nun səylərini gücləndirməyin vacibliyini qeyd edəcəyik. Biz Ukraynadakı münaqişə ilə bağlı prinsipial mövqeyimizdə qalır, onun ərazi bütövlüyünü dəstəkləyir və NATO-nun Ukraynada müharibənin tərəflərindən birinə çevrilməsini qəbuledilməz hesab edirik”, – Türkiyə lideri deyib.

Ərdoğan həmçinin bildirib ki, sammitdə o, İsrailin Fələstin xalqına qarşı davam edən qırğınını gündəmə gətirmək fikrindədir: “Biz İsrail və Fələstinlə bağlı NATO-dan istədiyimizi ala bilməmişik. Dohada danışıqlarda ciddi hadisələr baş verdi, MOSSAD rəhbəri də Qətərə səfər etdi, lakin lazımi addımlar hələ tamamlanmayıb”.
Digər xəbərlər: