Gündəm / Siyasət / Cəmiyyət
19:28, 08 Temmuz 2024
0

ATƏT Parlament seçkilərinə müşahidəçi missiyası göndərəcək

ATƏT  Parlament  seçkilərinə müşahidəçi  missiyası  göndərəcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.

Globalpress.az xəbər verir ki, bu barədə DTHİB-dən məlumat verilib.



Onlar bundan əvvəl Azərbaycandan seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün rəsmi dəvət alıblar.



“Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüatlar barədə danışmaq hələ tezdir”, - Bürodan bildirilib.



Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər xəbərlər: