Gündəm / Siyasət / Dünya
16:05, 08 Temmuz 2024
0

NATO Rusiyanı sülhə məcbur etməlidir

NATO  Rusiyanı sülhə məcbur etməlidir


"Putin masa arxasında əyləşməli və Ukraynanın müstəqil və suveren dövlət olduğunu etiraf etməlidir..."

Alyans Putini sülhə məcbur etmək üçün Ukraynaya dəstəyi xeyli gücləndirir

Globalpress.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyans hələ Vaşinqton sammitindən öncə Ukrayna əlavə yardım paketi əldə edəcək. Buraya əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları daxil ediləcək.

Moderator.az xəbər verir ki, bu barədə o, CBS nəşrinə müsahibəsində bəyan edib.

Stoltenberq qeyd edib ki, blok Ukraynaya dəstəyi xeyli gücləndirib və NATO-nun bütün üzv ölkələri Ukrayna Silahlı Qüvvələri üçün yeni təlim proqramları və uzunmüddətli öhdəliklərlə bağlı razllığa gəlib.

"Gələn həftə başlanacaq sammitdən öncə hava-hücumundan müdafiənin gücləndirilməsi və döyüş surasatlarının sayının artırılması ilə bağlı yeni elanlar ediləcəyi gözlənilir", - baş katib deyib.

Stoltenberq sammitdə Ukraynaya yardım üzrə yeni təşəbbüslərin elan ediləcəyini anons edib. O cümlədən söhbət Almaniyada ukraynalı hərbçilərin təlimi üçün texnikanın saxlanıldığı logistik mərkəzin yaradılmasından gedir.

"Bu, sammitin böyük və mühüm nəticəsi olaraq bizim Ukraynaya dəstəyimizin daha böyük əsasını təmin edəcək", - o, hesab edir.

Baş katibin fikrinə görə, hazırda Alyansın başlıca vəzifəsi Ukraynanın qələbəsinin təmin edilməsidir. Bu, həmçinin Kiyevin gələcəkdə bloka qoşulması üçün zəmin olacaq.

Stoltenberq vurğulayıb ki, sülhə nail olmağın yeganə üsulu Rusiya hakimini döyüş meydanında qalib gəlməsinin mümkünsüzlüyünə inandırmaqdır. Bunun üçün Ukraynaya cəbhədə üstünlüyü təmin edəcək uzunmüddətli hərbi yardım gərəkdir.

"O, masa arxasında əyləşməli və Ukraynanın suveren və müstəqil dövlət olduğunu etiraf etməlidir", - o, vurğulayıb.
Digər xəbərlər: