Gündəm / Siyasət / Dünya
06:30, 08 Temmuz 2024
0

Ərdoğan NATO sammitində iştirak edəcək

Ərdoğan  NATO sammitində iştirak edəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində baş tutacaq NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a gedəcək.

Globalpress.az- ın məlumatına görə, Anadolu Agentliyi xəbər verir ki, Ərdoğan toplantıda bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya getmişdi.
Digər xəbərlər: