Gündəm / Cəmiyyət / İqtisadiyyat
Azərbaycana pul ayrıldı

Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (təxminən 459 533 manat - red.) ayırıb.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.
"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır", - diplomat yazıb.
Qeyd edək ki, iyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.
Daha çox xəbər:

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərdə son bir həftədə aşkarlanan minaların sayı açıqlanıb - FOTO

ANAMA: İşğaldan azad olunan ərazilərdə 112 mina aşkarlandı - FOTO

İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb - RƏSMİ

Azad edilən ərazilərdən üç gün ərzində nə qədər mina tapıldı? - FOTO