Gündəm / Siyasət / Dünya
BMT ŞƏT ilə əməkdaşlığa hazırdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişələrin həlli və qarşısının alınması məsələlərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığa tam hazırdır.
Globalpress.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Qazaxıstanın “Jibek jolı” (“İpək yolu”) telekanalına müsahibəsində deyib.
“Biz ilk növbədə münaqişələrin qarşısının alınmasında birlikdə işləyə bilərik. Münaqişələri həll etmək yaxşıdır, amma onlardan çəkinmək daha yaxşıdır. Terrorizmlə mübarizə sahəsində birlikdə işləyə bilərik. Terrorizmlə mübarizə idarəmiz, zorakı ekstremizm və terrorizmlə bağlı problemlərinizlə əlaqədar Şanxay Əməkdaşlıq Təşkilatı ilə tam əməkdaşlıq etməyə hazırdır”, – o vurğulayıb.