Gündəm / Siyasət / Dünya
16:10, 25 Haziran 2024
0

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə  və Rusiya  prezidentləri arasında telefon danışığı olub


Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Telefon danışığı zamanı Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin pisləyib, Rusiya xalqı ilə həmrəylik hisslərini bölüşdüyünü bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.

Vladimir Putin başsağlığı və ifadə edilən dəstəyə görə təşəkkür edib. Liderlər terrorla mübarizə sahəsində fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də daxil olmaqla, gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Dağıstanda baş vermiş terror aktlarını müzakirə ediblər.

Ərdoğan Putinə başsağlığı verib.
Digər xəbərlər: