Gündəm / Siyasət / Dünya
Gürcüstan üçün Avropa qapıları bağlana bilər

Əgər ölkə hökuməti indiki yolunu davam etdirsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanacaq.
Globalpress.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Hazırda Aİ-nin qapıları Gürcüstan üçün açıqdır. Lakin belə davam edərsə, bu qapılar bağlanacaq”, – Borrel bildirib.
O qeyd ki, Aİ nazirləri tərəfindən müzakirə olunan ilkin addımlar arasında Gürcüstanın təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinin dayandırılması, hökumətin maliyyələşdirilməsinin və ya yüksək səviyyəli əlaqələrin kəsilməsi ola bilər.