Gündəm / Siyasət / Dünya
Ukrayna ordusunun uzaqmənzilli silahlara ehtiyacı var

Ukrayna yeni Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükü üzərində işləyir.
Globalpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski xalqa son müraciətində deyib.
O əlavə edib ki, Ukrayna ordusunun uzaqmənzilli silahlara ehtiyacı var.
Döövlət başçısı hesab edir ki, uzun mənzilli silahlar Ukraynaya müharibənin sonunu sürətləndirməyə imkan verəcək: "Uzaq məsafə indi təkcə döyüş meydanında nəyə nail ola biləcəyimizlə bağlı deyil, həm də ümumilikdə müharibənin nə vaxt başa çatacağı məsələsidir. Nə qədər çox bacarsaq, Rusiyanı ədalətli sülhə o qədər tez məcbur edə biləcəyik”.