Gündəm / İqtisadiyyat / Dünya
Fransa Ermənistana kredit ayıracaq

Fransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.
Globalpress.az “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.
Ermənistan hökumətinin açıqlamasında bildirilir ki, sözügedən məbləğin vaxtında maliyyələşdirilməsi dövlət büdcəsinin müvafiq xərclərinin ödənilməsi baxımından olduqca əhəmiyyətlidir.