Gündəm / İqtisadiyyat / Dünya
Kanada Ukraynaya hərbi yardım göndərəcək

Ottava Ukraynada münaqişə zonasına 2,3 min CRV7 aviasiya raketi tədarük etmək niyyətindədir.
Globalpress.az xəbər verir ki, bu barədə Kanadanın hərbi departamentinin rəhbəri Bill Bleyer NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində məlumat verib.
“Bu silah əvvəllər Kanada Kral Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib. Son bir neçə ay ərzində biz bu raketlərin effektivliyini təmin etmək üçün sınaqdan keçirmişik”, - deyə o bildirib.
Bununla belə, Bleyr Kanadanın bu mərmiləri Ukraynaya dəqiq nə vaxt təhvil verəcəyini dəqiqləşdirməyib. Hazırda ölkə döyüş bölgəsinə daha çox raket göndərmək üçün CRV7-nin sınaqlarını davam etdirir.
Bundan əlavə, hərbi idarə rəisi döyüş meydanına pilotsuz uçuş aparatlarının (PUA) göndərildiyini açıqlayıb. Ukrayna əsgərlərinin Kanadadan təxminən 900 PUA alacağı gözlənilir.