Gündəm / Siyasət / Dünya
Ərdoğan İspaniya kralı ilə görüşüb

İspaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin kralı VI Felipe ilə görüşüb.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV - ri məlumat yayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında iştirak etmək üçün Madridə səfər edib.
Ərdoğanı Madrid-Torrejon de Ardoz Hərbi Hava Limanında İspaniya xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq nazirinin müavini Fernando Sampedro Markos və digər rəsmilər qarşılayıblar.