Gündəm / Siyasət / Dünya
20:45, 07 Haziran 2024
0

İranda mediaya xəbərdarlıq edilib

İranda mediaya  xəbərdarlıq edilib


Konstitusiyanın İcrasına Nəzarət Şurası prezident seçkilərində namizədlərin səlahiyyətlərinin yoxlanılmasına başlayarkən, iyunun 5-də hakimiyyət qollarının rəhbərləri də iclas keçiriblər
Globalpress.az xəbər verir ki, iclasda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Ejei, parlamentin sədri Mahəmməd Baqir Qalibaf, dövlət televiziyasının rəhbəri Peyman Cəbəli, Təhlükəsizlik naziri İsmayıl Xətib, rabitə naziri İsa Zarepur iştirak edib.

Görüşdə seçkiləri boykot etməyə və insanları seçkilərdə iştirakını azaltmağa təhrik və təşviq etmək üçün hər hansı məzmunun paylaşılması, icazəsiz etirazlar, tətillər və oturaq aksiyaların keçirilməsi cinayət sayılıb. Bildirilib ki, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görüləcək.

Bununla yanaşı, hər hansı medianın l seçkilərlə bağlı rəy sorğusu keçirməsi və proqnozlar verməsi də qadağan edilib.
Digər xəbərlər: