Gündəm / Cəmiyyət
FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, 3 iyun 2024-cü il Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər vətəndaşın çimərkən suda batması barədə məlumat daxil olub və hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin dağlıc-axtarış qrupları dərhal axtarışlara cəlb olunub.
Həyata keçirilmiş intensiv axtarış tədbirləri nəticəsində 6 iyun 2024-cü il tarixində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun cəsədi Kür çayının Salyan rayonu, Yuxarı Noxudlu kəndinin ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.