Gündəm / İqtisadiyyat / Cəmiyyət
Nazirlər Kabineti qərar verdi

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası təsdiqlənib.
Globalpress.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar verib.
Müəyyən edilib ki, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.
Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.
Daha çox xəbər:

Buğda ilə bağlı Fərmanın icrasına başlanıldı 25 İyul 2022 15:46Baxış: 325 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Güzəştli kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb - FOTO

Nazirlər Kabineti rəsmisindən kredit borcları ilə bağlı MÜHÜM AÇIQLAMA

Bu şəxslərə 5 il müddətinə yardımlar veriləcək - VİDEO

Əli Əsədov sahibkarlar haqqında qərar imzaladı