Gündəm / Siyasət / Dünya
00:10, 03 Haziran 2024
0

İranda 37 nəfər qeydiyyatdan keçib

İranda 37 nəfər  qeydiyyatdan  keçib


İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gün ərzində 37-yə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

"Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər qeydiyyatdan keçib, sabah qeydiyyat üçün son gündür", - deyə o mətbuat konfransı zamanı bildirib.

Qurum rəsmisi qeyd edib ki, 37 namizəddən 20-si iyunun 2-də seçki qərargahına sənəd təqdim edib.
Digər xəbərlər: