Gündəm / Siyasət / Dünya
Ukrayna bu Avropa ölkələri ilə saziş bağlayıb

Ukrayna Norveç və İslandiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı sazişlər imzalayıb.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında bildirib.
Stokholmda imzalanan təhlükəsizlik sazişi Ukrayna üçün ümumilikdə 16-cı təhlükəsizlik sazişdir.
"Norveç bu il Ukraynaya təxminən 1,2 milyard avro hərbi yardım verəcək. Norveç digər müttəfiqlərimizlə birlikdə müasir hava qüvvələri imkanlarımızı inkişaf etdirməkdə bizə köməklik göstərəcək və artıq F-16 qırıcılarını təqdim etməyə hazır olduğunu bildirib. Norveç həmçinin Qara dəniz və Azov dənizində dəniz imkanlarının inkişafına əhəmiyyətli töhfə verəcək, NASAMS sistemləri və müvafiq avadanlıq və mütəxəssis hazırlığı təmin etməyə davam edəcək. Biz həmçinin müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çalışacağıq", - Zelenski bildirib.
Ukrayna dövlət başçısı deyib ki, İslandiya ilə imzalanan sazişə əsasən 2024-2028-ci illər üçün sabit illik maliyyə dəstəyi ən azı 30 milyon avro təşkil edəcək.
"İslandiya Ukraynaya uzunmüddətli iqtisadi, humanitar və müdafiə yardımı göstərməyi, həmçinin onun gələcək Aİ və NATO üzvlüyünü asanlaşdırmağı öhdəsinə götürüb. Sənədin unikal xüsusiyyəti ondan ibarətdir ki, İslandiya NATO müttəfiqlərindən Ukraynaya hərbi ləvazimat və texnikanın yük təyyarələri ilə daşınmasına davamlı dəstəyi öhdəsinə götürür".