Gündəm / Siyasət / Dünya
06:25, 30 May 2024
0

ABŞ bu mərasimi baykot edəcək

ABŞ  bu mərasimi  baykot  edəcək


Birləşmiş Ştatlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının (BA) cümə axşamı keçiriləcək iclasını boykot edəcək.
Globalpress.az xəbər verir ki, bunu amerikalı məmur açıqlayıb.
“Biz bu tədbirdə iştirak etməyəcəyik”, – adının açıqlanmasını istəməyən amerikalı məmur açıqlayıb. O hesab edir ki, BMT “İran xalqını dəstəkləməlidir, onilliklər boyu iranlılara zülm edən birinin xatirəsini hörmətlə yad etməməlidir”.

Xatirə toplantısının mayın 30-da saat 10:00-da (Bakı vaxtı ilə 18:00) keçirilməsi nəzərdə tutulub. BA ənənəvi olaraq vəzifədə olarkən vəfat etmiş hökumət liderlərinin xatirəsini yad etmək üçün belə görüşlərdə toplanır.
Digər xəbərlər: