Gündəm / Hadisə / Dünya
01:30, 20 May 2024
0

Prezidentdən tapşırıq: FHN İranla bağlı hərəkətə keçdi

Prezidentdən tapşırıq: FHN İranla bağlı hərəkətə keçdi



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.


“Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, - nazirlikdən bildirilib.
Digər xəbərlər: