Gündəm / Cəmiyyət / Səhiyyə
Bəzi müayinələr pulsuz olacaq - VİDEO

İcbari Tibbi Sığorta hesabına 2021-2023-cü illər ərzində 8 100-dən çox koronar şuntlama əməliyyatı icra olunub.
Bu sözləri Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib.
“Ürəyin işemik xəstəliyinin diaqnozu elektrokardioqrama, exokardioqrama, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri İcbari Tibbi Sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da İcbari Tibbi Sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”, - deyə o qeyd edib.
Daha çox xəbər:

Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir?

İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI

Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq

Azərbaycanda icbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilir

Azərbaycanda icbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilir