Gündəm / Cəmiyyət / Səhiyyə
19:03, 04 Kasım 2022
0

Azərbaycanda icbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilir

Azərbaycanda icbari tibbi sığorta xidmətləri daha 1 il vergidən azad edilir


Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il vergidən azad edilir.

Globalpress.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.
Digər xəbərlər: