Gündəm / Siyasət / Dünya
NATO Ukraynaya qoşun göndərməyəcəyinə görə sənəd imzalayacaq

NATO-nun iyulda keçiriləcək sammitində alyans ölkələri Ukrayna münaqişəsi ilə bağlı mühüm sənədə imza atacaqlar.
Globalpress.az xəbər verir ki, NATO ölkələri bu münaqişəyə birbaşa müdaxilədən imtina etməyi nəzərdə tutan bəyannaməni təsdiq edəcəklər.
"NATO Rusiya ilə müharibəyə başlamaq istəyir" - Taker Karlsonİtaliya qəzeti yazır ki, bəyannamə layihəsində konkret olaraq “Şimali Atlantika alyansı Ukraynada döyüşə əsgər göndərməyəcək” qeydi yer alıb. Bu isə sənədin əsas açar sayılan detallarından biri sayılır.
Bundan əlavə, sammitdə Ukrayna üzrə təmas qrupuna sədrliyin ABŞ müdafiə nazirindən NATO-nun Brüsseldəki mənzil-qərargahına verilməsi də planlaşdırılır.
NATO sammitinin iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilməsi planlaşdırılır.