Gündəm / Siyasət / Dünya
12:20, 03 May 2024
0

G7 ölkələri başqa yollar axtarır

G7 ölkələri  başqa yollar  axtarır


G7 ölkələri etiraf edir ki, artıq Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını nəzərdən keçirmir.
Globalpress.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Əvəzində Qərb ölkələri Ukrayna üçün Rusiya fondlarından maliyyə çıxarmağın başqa yollarını araşdırır”, - məlumatda deyilir.

Qeyd olunur ki, AB ölkələrinin Rusiya aktivlərini müsadirə etmək istəməməsinin əsas səbəbi Moskvanın cavab tədbirlər görəcəyindən qorxmasıdır.

Bundan öncə Rusiyanın ABŞ və Avropa ölkələrində olan 300 milyard dollarının Ukraynaya verilə biləcəyi iddia edilirdi.
Digər xəbərlər: