Gündəm / İqtisadiyyat / Dünya
11:00, 25 Aralık 2023
0

Rusiyanın dondurulmuş milyardları Ukraynaya verilir

Rusiyanın  dondurulmuş milyardları Ukraynaya verilir




Qərb ölkələri Ukrayna müharibəsindən sonra dondurulan Rusiya aktivlərini beynəlxalq hüququ pozmadan Kiyevə göndərməyin yollarını axtarır.

Globalpress.az xəbər verir ki, bunun ən mühüm hissəsi Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq dondurulmuş aktivləridir.

Bayden administrasiyası daha əvvəl belə bir addımın qanunsuz olacağını və Qərb mərkəzi banklarının etibarını sarsıdacağını iddia etmişdi. Lakin Vaşinqtondan Ukraynaya göndərilən yardımda problemlər yarandıqdan sonra Qərb rəsmilərinin Rusiya mallarının Ukraynaya göndərilməsi üçün danışıqları sürətləndirdiyi iddia edilib.

Daha əvvəl Bayden administrasiyasında yüksək vəzifələrdə çalışmış Dalip Singh, “New York Times” qəzetinə verdiyi açıqlamada, Rusiyaya aid dondurulmuş aktivlərin Ukraynanın da daxil olduğu bir eskro hesabına köçürülə biləcəyini söyləyib.

Sinq təklif edib ki, bu vəsait Ukraynanın dövlət istiqrazlarında dəymiş itkilərə görə Kiyevə göndərilə bilər.

“Economist”in xəbərində qeyd olunub ki, Rusiya aktivlərini müsadirə edən ölkələr Moskvanın beynəlxalq hüququ pozmasına cavab olaraq Rusiyaya qarşı qanuni öhdəliklərini ləğv edə və bu varlıqları Kiyevə köçürə bilərlər.

Xəbərdə İraqın 1990-cı ildə Küveyti işğalı zamanı atılan addımların presedent sayıla biləcəyi qeyd edilib. O zaman qurbanlara təzminat ödəmək üçün İraqın 50 milyard dollarına həbs qoyulmuşdu.

“Bloomberg”də dərc olunan təhlildə Rusiya aktivlərinin ələ keçirilməsinin "onları həll etməkdən daha çox problem yaradacağı" vurğulanıb və belə bir hüquqi presedent yaratmağın beynəlxalq iqtisadi nizama zərər verəcəyi iddia edilib.

Rusiya müdafiə nazirinin müavini Sergey Ryabkov cümə günü verdiyi açıqlamada Rusiyanın aktivlərinə həbs qoyulacağı təqdirdə ABŞ-la bütün diplomatik əlaqələrin kəsilə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-da Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması müzakirə olunarkən, digər Qərb paytaxtlarında Ukraynanın müharibə səylərinə müxtəlif yollarla dəstək vermək cəhdləri ön plana çıxır. Nəhayət, London meri Sadiq Xan ekoloji proqrama görə ləğv ediləcək avtomobil və yük maşınlarının Kiyevə göndərilməsinə etirazını geri götürdüyünü açıqlayıb.

Xan son həftələrdə Kiyev meri Vitali Kliçkonun təklifini rədd etmişdi.

Xanın qərarı reaksiya ilə qarşılanıb və bildirib ki, ləğvi planlaşdırılan maşınların Kiyevə göndərilməsi londonlulara heç bir fayda verməyəcək.

Avqust ayında Londonda qüvvəyə minən yeni tənzimləmə, həddindən artıq aşağı emissiya standartlarına cavab verməyən bütün nəqliyyat vasitələrinin ləğv olunacağını və yerli hökumətin bunun üçün avtomobil sahiblərinə ödəniş edəcəyini nəzərdə tutur. Nəqliyyat vasitələrini geri qaytarmaqdan imtina edən sürücülərdən Londonda maşın sürməyə icazə vermək üçün gündəlik vergi tutulur.

Rəsmi məlumatlara görə, Londonda 700 minə yaxın avtomobilin ləğv olunacağı təxmin edilir.
Digər xəbərlər: