Gündəm / Cəmiyyət / Sosial
09:45, 02 May 2024
0

Qanunsuz tikili söküldü

Qanunsuz tikili söküldü


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Globalpress.az xəbər verir ki, FHN-dən verilən xəbərə görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tikili üzərində qanunsuz olaraq əlavə mərtəbə - mansard tikintisinin aparılması faktı aşkar edilib.



FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq tikilən mansard sökülüb.

Digər xəbərlər: