Gündəm / Siyasət / Dünya
Ermənistan MN bu ərazilərdə xidmət göstərməyəcək

Müdafiə Nazirliyi artıq sərhədi müəyyən edilmiş ərazilərdə xidmət göstərməyəcək.
Globalpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, sərhəd qoşunlarının mandatı Ermənistanın sərhədini qorumaqdır. Sərhədin mühafizəsi məsələsi tam şəkildə MTN-in sərhəd mühafizəsi qoşunları tərəfindən həyata keçiriləcək. Yəni bizim o ərazidə, sərhəddə Müdafiə Nazirliyinin mövqeləri olmayacaq.
Onun sözlərinə görə, əsgərin üzərinə çox yük qoyulur: "Ordumuza və əsgərlərimizə qarşı haqsızlıq edirik. Diplomatiyanın yükünü, iqtisadiyyatın yükünü, təhlükəsizlik yükünü əsgərin üzərinə qoyuruq, əsgərin yükünü də əsgərin üzərinə qoyuruq və deyirik: əziz əsgər, gör nə edirsən. Əslində, əsgər və ordu təhlükəsizliyin sonuncu amilidir.
Ordumuzun ən böyük problemlərindən biri də odur ki, əsgərlərimiz xidmətinin çox hissəsini səngərdə keçirir, hətta əsgər kimi lazımınca məşq edə bilmirlər.
Daha çox xəbər:

Erməni əsgərin etirafı: “Vəziyyət çox pisdir” - VİDEO

Ukrayna ilə Rusiya arasında əsgər cəsədləri dəyişdirilib

Erməni əsgər öz ölkəsini BİABIR ETDİ – “Sən demə əsgərlərə verdikləri…”

Sərhədi azaraq keçən hərbçilərin qaytarılması ilə bağlı Azərbaycanla razılaşma var

Alyaska ştatında iki helikopter toqquşub