Gündəm / Siyasət / Dünya
16:00, 29 Nisan 2024
0

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Paşinyan  Putinin  andiçmə mərasimində iştirak etməyəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiyasında iştirak etməyəcək.
Globalpress.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Bildirilib ki, hazırda bununla bağlı qərar qəbul edilməyib.

Məlumata görə, o, mayın 8-də Avrasiya İqtisadi İtifaqının 10 illiyinə həsr olunan yubiley sammitinə qatılacaq.

Qeyd olunub ki, Nikol Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı Rusiyada təşkil olunacaq tədbirlərdə də iştirak etməyəcək.

Hökumətin mətbuat xidmətindən vurğulanıb ki, baş nazirin səfərləri ilə bağlı vaxtı çatanda məlumat yayacaqlar.
Digər xəbərlər: