Gündəm / Siyasət / Dünya
15:00, 25 Nisan 2024
0

Zaxarova ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib

Zaxarova  ilk sərhəd  dirəyinin quraşdırılmasına  münasibət bildirib


Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə vurğulayıb.


Diplomat qeyd edib ki, Moskva Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı bütün məsələlərin müstəsna olaraq diplomatik üsullarla həllini dəstəkləyir: "Biz güman edirik ki, tənzimləmələr sabit, balanslaşdırılmış və qarşılıqlı məqbul olmalıdır. Onlar regionda davamlı sülhə nail olmaq üçün əsas rolunu oynamalıdırlar və biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında demarkasiyada tərəflərə məsləhətçi yardımı davam etdirməyə hazır olduğumuzu təsdiq edirik".
Digər xəbərlər: