Gündəm / Siyasət / Cəmiyyət
Türkiyə- Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda deyilir.
Daha çox xəbər:

Rusiya və Türkiyə Qarabağdakı ortaq monitorinq mərkəzinin işini yüksək qiymətləndirib

MN məlumat yayıb

Ağdam istiqamətində atəşkəs pozuldu, hərbçimiz yaralandı - RƏSMİ

Hərbi qüvvə sayı ruslarla eyni olacaq – Türk ordusu Qarabağa gəlməyə hazırlaşır

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirəcək